Ana Sayfa > Karusel / Qarabağ > FHN: Laçında yanğın olan ərazi tam nəzarətə götürülüb
FHN: Laçında yanğın olan ərazi tam nəzarətə götürülübDünən, 10:19. Yazar: Admin |
Laçın rayonunun Zerti kəndi yaxınlığında yanğın tam nəzarətə götürülüb və hazırda söndürülməsi istiqamətində tədbirlər görülür. Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. *** 00.01 Laçın rayonunun Zerti kəndi yaxınlığında yanğın olan ərazidə partlayış qeydə alınıb. Hazırda yanğının bir çox hissəsində alovun məhdudlaşdırılmasına nail olunub. Lakin mina və partlamamış döyüş sursatlarının olması ehtimal edilən sahədə yanğın davam edir. Əraziyə müvafiq texnika və canlı qüvvə cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib. Faktla bağlı araşdırma aparılır. *** Yanğın keçmiş döyüş sahəsində baş verir. Hadisə yerinə çox sayda yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb olunub. Hazırda müvafiq tədbirlər fasiləsiz şəkildə davam etdirilir. Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Geri dön |