Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İsrail ordusu Dəməşqdə Suriya hərbi qərargahını PUA ilə vurub
Ana Sayfa > Karusel / Dünya > İsrail ordusu Dəməşqdə Suriya hərbi qərargahını PUA ilə vurub

İsrail ordusu Dəməşqdə Suriya hərbi qərargahını PUA ilə vurub


16-07-2025, 14:02. Yazar: Admin

İsrail ordusu Dəməşqdə Suriya hərbi qərargahını PUA ilə vurub

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, qısa müddət əvvəl Dəməşqdə Suriya hərbi qərargahının giriş qapısı pilotsuz uçuş aparatı ilə vurulub.

“İsrail ordusu siyasi rəhbərliyin göstərişinə əsasən, Suriyanın cənubunda mülki druzlara qarşı fəaliyyətləri izləməyə davam edir. Biz hücum edirik və bir neçə senari üçün hazırıq”- İsrail ordusu yaydığı bəyanatda qeyd edib.

Suriya mediası İsrailin Dəməşqə hücumunda iki nəfərin yaralandığını bildrib.

"Reuters"in məlumatına görə isə İsrail ordusu Suriyanın Müdafiə Nazirliyinin binasına hava zərbələri endirib.


Geri dön