Ana Sayfa > Karusel / Region > Ermənistanda həbsdə olan Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb

Ermənistanda həbsdə olan Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb


Bu gün, 10:21. Yazar: Admin

Samvel Karapetyan

 

Ermənistanda həbsdə olan rusiyalı biznesmen Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb.

Qarabaginfo.az xəbər verir ki, konstitusiya quruluşunu devirməyə çağırışlarla yanaşı, o, çirkli pulların yuyulmasında da ittiham olunur.

“Bu yaxınlarda Samvel Karapetyana qarşı heç bir əsas olmadan çirkli pulların yuyulması ittihamı irəli sürülüb”, - deyə onun vəkilləri bəyanatlarında qeyd edib və ittihamı siyasi təqib adlandırıb.


Geri dön