Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Niderland səfiri ilə görüşüb
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Niderland səfiri ilə görüşüb15-07-2025, 17:18. Yazar: Admin |
15 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paulin Eyzemanı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə görə səfir Paulin Eyzemaya təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Niderland arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.
İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.
Nazir Ceyhun Bayramov qarşı tərəfi bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb.
Geri dön |