Kreml ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskini Moskva və Sankt-Peterburqu vurmağa çağırması ilə bağlı mətbuatda yayılan xəbərlərin feyk ola biləcəyini güman edir.
Qarabaginfo.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə ritorika indi ortaya çıxmadığını söyləyib.
"Bir qayda olaraq, onların hamısı çox vaxt feyk olur. Bəzən bəzi ciddi sızmalar olur, o cümlədən əvvəllər çox hörmətli saydığımız nəşrlərdə”, Peskov "The Washington Post"da dərc olunan müvafiq məlumatı şərh edərkən deyib.