Ana Sayfa > Karusel / Dünya > Böyük Britaniya İkinci Dünya Müharibəsi dövrünün yeməkxanalarını yenidən açmaq istəyir

Böyük Britaniya İkinci Dünya Müharibəsi dövrünün yeməkxanalarını yenidən açmaq istəyir


Bu gün, 10:53. Yazar: Admin

 

Böyük Britaniyada İkinci Dünya Müharibəsi dövründə qida çatışmazlığı yaşayanlar üçün fəaliyyət göstərən dövlət yeməkxanalarının yenidən açılması planlaşdırılır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı politoloq Malek Dudakov “Telegram” kanalında yayıb.

Dudakov qeyd edib ki, iqtisadi çətinliklər və ticarət müharibələri səbəbindən yaranan yeni inflyasiya mərhələsi fonunda Keir Starmer hökuməti həmin dövrdə mövcud olmuş qida rasionu sisteminə əsaslanan ictimai yeməkxanaları canlandırmaq təşəbbüsü irəli sürüb.

Sözügedən yeməkxanalar müharibə illərində tənzimlənən qiymətlərlə fəaliyyət göstərirdi. Bir qəpiyə çay, altı qəpiyə isə banger və püresi əldə etmək mümkün idi. Qida rasionu sistemi 1954-cü ildə ləğv olunduqdan sonra bu müəssisələr də fəaliyyətini dayandırmışdı.

Qeyd olunur ki, ölkə son illər ərzaq təchizatında fasilələrlə üzləşir. Xüsusilə 2023-cü ilin qışında logistik problemlər səbəbindən kəskin pomidor qıtlığı yaşanmışdı. Hazırkı təşəbbüsün əsas məqsədi aztəminatlı əhali qruplarına dəstək göstərməkdir.

Bildirilib ki, Böyük Britaniyada inflyasiya fonunda yetkin əhalinin təxminən 15 faizi, uşaqların isə 20 faizi qida çatışmazlığından əziyyət çəkir. Dövlət yeməkxanalarının yenidən açılması istiqamətində hazırlıqlar davam edir.


Geri dön