Ana Sayfa > Karusel / Kriminal > Kəlbəcərdə 3 tondan çox çətənə bitkisi məhv edilib

Kəlbəcərdə 3 tondan çox çətənə bitkisi məhv edilib


Bu gün, 10:15. Yazar: Admin

 

Picture background

Kəlbəcərdə yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Məlumata görə, Kəlbəcər rayonunda polis əməkdaşlarının “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 3 ton 150 kq olan 3500 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Geri dön