Ana Sayfa > Karusel / Dünya > Aİ ABŞ məhsullarına qarşı yeni rüsumların siyahısını hazırlayır
Aİ ABŞ məhsullarına qarşı yeni rüsumların siyahısını hazırlayırDünən, 23:16. Yazar: Admin |
ABŞ Prezidenti Donald Tramp ilə gömrük mübahisəsi çərçivəsində Avropa İttifaqı (Aİ) Birləşmiş Ştatlardan idxal olunan mallara qarşı əlavə cavab rüsumları tətbiq etməyə hazırlaşır. Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının ticarət üzrə komissarı Maroş Şefçoviç məlumat verib. ABŞ-dan idxal olunan sənaye və kənd təsərrüfatı məhsullarını əhatə edəcək siyahı ictimai məsləhətləşmədən sonra yenilənib. Əvvəlcə rüsumlar 95 milyard avro dəyərində idxal məhsullarını əhatə etsə də, son versiyada bu məbləğ 72 milyard avro həcminə endirilib. Lakin M.Şefçoviç siyahıdan hansı məhsulların çıxarıldığı barədə məlumat verməyib. Geri dön |