Ana Sayfa > Karusel / Dünya > Tramp Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım vəd edib
Tramp Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım vəd edibDünən, 22:37. Yazar: Admin |
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynaya NATO xətti ilə göndəriləcək hərbi yardımın həcmi milyardlarla dollar təşkil edəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə o, Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bildirib. “Bu bəyanatın məqsədi odur ki, çox böyük bir razılaşma əldə etmişik. Milyardlarla dollar dəyərində hərbi texnika ABŞ-dan alınacaq, NATO və digər müttəfiqlərə çatdırılacaq və tezliklə döyüş meydanına göndəriləcək. Ukrayna onu qəbul edəcək”, – deyə Tramp bildirib. Geri dön |