Ana Sayfa > Karusel / Təhsil > “İmtahanlara özümün belə müdaxiləsi mümkün deyil” –Məleykə Abbaszadə

“İmtahanlara özümün belə müdaxiləsi mümkün deyil” –Məleykə Abbaszadə


Dünən, 13:12. Yazar: Admin

Picture background

DİM-in apardığı işlər çox ciddi şəkildə həyata keçirilir. Bu fəaliyyətin təməli 1994-cü ildən qoyulub. Apardığımız işlərin nəticələri heç bir şəxsin iradəsindən asılı deyil. Bu prosesdə biz insan faktorunu tamamilə aradan qaldırmışıq.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, hər bir testin səviyyəsini öncədən bilirlər.

DİM sədri qeyd edib ki, proseslərə onun özünün belə müdaxilə etməsi mümkün deyil.


Geri dön