Ana Sayfa > Karusel / İqtisadiyyat > ADY: Vağzal və stansiyalarda kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq
ADY: Vağzal və stansiyalarda kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaqDünən, 13:05. Yazar: Admin |
Dəmir yollarında rəqəmsallaşmanı genişləndirmək, kağız istifadəsini azaltmaq məqsədilə 15 iyuldan başlayaraq Bakı və Gəncə vağzalları istisna olmaqla rayonlararası istiqamətlər üzrə vağzal və stansiyalarda kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq. ADY-dən Qarabaginfo.az-a verilən məlumata görə, təkmilləşdirilmiş “ADY Mobile” tətbiqi və rəsmi veb-sayt (ticket.ady.az) vasitəsilə daha sürətli və rahat bilet alışı davam edəcək. Qeyd edək ki, ötən il rayonlararası istiqamətlərə biletlərin 70 faizi onlayn əldə edilib. Bu ilin 6 ayında isə bu rəqəm 80 faizə yaxınlaşıb. Geri dön |