Ana Sayfa > Karusel / Qarabağ > Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər13-07-2025, 22:56. Yazar: Admin |
Laçın rayonunun Pircahan kəndindən olan Yusif Nəcəfov və həyat yoldaşı Bahar Nəcəfova Bakıdan Laçına piyada gediblər. Qarabaginfo.az “teleqraf.com”a istinadən xəbər verir ki, cütlük Laçın erməni işğalından azad olunarsa, doğma yurdlarına piyada getməyi əhd edibmiş. Məlumata görə, Y.Nəcəfov Əfqanıstan və Birinci Qarabağ müharibələrinin veteranıdır. 2010-cu ildə ailəsi ilə birlikdə Avropaya köçüb. Ailəlidir, iki övladı var. Y.Nəcəfov və B.Nəcəfova əhdini yerinə yetirmək üçün Avropadan Azərbaycana qayıdıb. Onlar təxminən 418 kilometr məsafəni piyada qət edərək Laçına çatmağı bacarıblar. Geri dön |