Ana Sayfa > Karusel / Dünya > Makron: Fransa müdafiə xərclərini sürətlə artıracaq

Makron: Fransa müdafiə xərclərini sürətlə artıracaq


13-07-2025, 22:51. Yazar: Admin

Picture background

Fransa hakimiyyəti qarşıdakı illərdə müdafiə xərclərinin artırılmasını sürətləndirməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron müraciətində bildirib.
Onun sözlərinə görə, 2027-ci ildə ölkənin hərbi büdcəsi 64 milyard avroya çatacaq ki, bu da 2017-ci illə müqayisədə iki dəfə çoxdur.

“Biz müdafiə büdcəsini 2030-cu ilədək ikiqat artırmağı planlaşdırırdıq, lakin bunu artıq 2027-ci ilə qədər reallaşdıracağıq. 2026-cı ildə əlavə 3,5 milyard avro, 2027-ci ildə isə əlavə 3 milyard avro müdafiəyə ayrılacaq. Beləliklə, son 10 il ərzində müdafiə büdcəsi iki dəfə artaraq 64 milyard avroya çatacaq”, – deyə dövlət başçısı vurğulayıb.


Geri dön