Ana Sayfa > Karusel / Cəmiyyət > Direktor: “Çinin “CoronaVac” peyvəndindən əks göstərişlə bağlı məlumat yayılmayıb”

Direktor: “Çinin “CoronaVac” peyvəndindən əks göstərişlə bağlı məlumat yayılmayıb”


15-12-2020, 15:57. Yazar: Admin

Direktor: “Çinin “CoronaVac” peyvəndindən əks göstərişlə bağlı məlumat yayılmayıb”“Ənənəvi yolla hazırlanan peyvəndlər daha təhlükəsizdir. Ola bilər digər yolla hazırlanan peyvəndlər bundan yaxşı olacaq. Bunu sadəcə zaman göstərə bilər”.

Qarabaginfo.az xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

O qeyd edib ki, immun sistemi çalışmasa, vücudun bütün sistemi çökəcək: “Çində “CoronaVac” peyvəndi uzun zamandır hazırlanır. Türkiyədə də minlərlə insanın üzərində bu peyvəndlər bağlı tədqiqatlar aparılır. Hələ əks göstərişlə bağlı məlumat yayılmayıb. Biz ilk növbədə peyvəndlərə inanmalıyıq. 1941-1945-ci illərdə Vəli Axundov adına institut ölkədə yeganə peyvənd hazırlayan institut olub və minlərlə insanın həyatını xilas edib. Vaksinasiya ilə bağlı bizim kifayət qədər təcrübəmiz var”. APA


Geri dön