Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan müdafiə və xarici işlər nazirləri adından guya Belarus təyyarəsinin Rusiya hava məkanında vurulmasına dair açıqlama saxtadır
Azərbaycan müdafiə və xarici işlər nazirləri adından guya Belarus təyyarəsinin Rusiya hava məkanında vurulmasına dair açıqlama saxtadır12-07-2025, 19:51. Yazar: Admin |
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafiə naziri və Azərbaycan Respublikasının xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair “deep fake” texnologiyaları ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi açıqlama yayıb. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep feyk” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik. Geri dön |