Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Ukrayna XİN rəhbəri NATO Baş Katibinin müavini ilə görüşüb
Ukrayna XİN rəhbəri NATO Baş Katibinin müavini ilə görüşüb12-07-2025, 14:39. Yazar: Admin |
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa NATO Baş Katibinin müavini Radmila Şekerinska ilə görüşüb. Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Ukrayna XİN rəhbəri X platformasında paylaşım edib. “Biz Haqada keçirilən NATO sammitində Ukrayna ilə bağlı qərarların tam icra olunması üçün atılacaq addımları müzakirə etdik. Ukraynaya hərbi yardımları artırmaq əsas prioritetdir. Mən bizim təcili olaraq havadan müdafiə sistemlərinə olan ehtiyacımızı diqqətə çatdırdım. NATO Baş Katibinin müavini ilə ortaq razılığa gəldik ki, Rusiyanı dayandırmağın ən yaxşı yolu sanksiyaları genişləndirmək və Ukraynaya silah tədarükünü artırmaqdır”- Sibiqa paylaşımında qeyd edib. Ukraynanın ali diplomatı müttəfiqlərin Kiyevə hərbi dəstəyini yüksək qiymətləndirib. Geri dön |