Ana Sayfa > Karusel / Gündəm > Ramin Bayramlı: “Koronavirusa yoluxma fevral ayından ölkədə artan dinamika ilə gedir”

Ramin Bayramlı: “Koronavirusa yoluxma fevral ayından ölkədə artan dinamika ilə gedir”


15-12-2020, 15:23. Yazar: Admin

 

“Koronavirusa yoluxma fevral ayından bəri ölkədə artan dinamika ilə gedir”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, ölkəmizdə xəstəxanaların strukturunun yaxşılaşması nəticəsində bu gün biz gündəlik 4000 yoluxmanın öhdəsindən gələ bilirik: “Amma bu, daimi deyil. Ona görə də gərək biz vaksinasiyaya başlayaq. Hazırda klinik sınaqlar fazasına daxil olan 30 vaksindən 7-si 3-cü mərhələdədir”.


Geri dön