Ana Sayfa > Karusel / Siyasət > Türkiyə Prezidenti PKK-nın tərksilah prosesinə münasibət bildirib
Türkiyə Prezidenti PKK-nın tərksilah prosesinə münasibət bildirib11-07-2025, 20:16. Yazar: Admin |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının tərksilah olmağa başlamasını şərh edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə onun “X” sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda deyilir: “Ümid edirəm ki, terrordan azad Türkiyə hədəfimizə doğru bugünkü mühüm addım xeyirli olacaq. Allah bizlərə ölkəmizin təhlükəsizliyi, millətimizin əmin-amanlığı və bölgəmizdə davamlı sülhün bərqərar olması üçün getdiyimiz bu yolda hədəflərimizə çatmağı nəsib etsin”. Qeyd edək ki, PKK terror təşkilatının bir qrupu bu gün İraqın Süleymaniyyə bölgəsində tərksilah olub. 4-ü komandir olmaqla 30 PKK terrorçusu tərksilah prosesi çərçivəsində silahlarını yandırıb. Geri dön |