Ana Sayfa > Karusel / Təhsil > Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət

Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət


10-07-2025, 11:49. Yazar: Admin

 

Picture background

“Rus bölmələrinin bağlanması bu gün gündəmdə deyil”.

Qarabaginfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil”  mövzusunda keçirilən tədbirdə bildirib.

“Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50-60 arasıdır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Buna görə də rus bölməsinə məcbur qalıb yarıbayarı nəticə göstərən müəllim işə götürürük, çünki başqası yoxdur”, - deyə, nazir əlavə edib.


Geri dön