Ana Sayfa > Karusel / Hadisə > Ağdərədə mina partlayıb, xəsarət alan var
Ağdərədə mina partlayıb, xəsarət alan var10-07-2025, 09:54. Yazar: Admin |
Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib. Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən məlumat verilib. Bildirilib ki, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. Geri dön |