Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan İmamoğlu ilə bağlı bu təkliflə razılaşdı
Ərdoğan İmamoğlu ilə bağlı bu təkliflə razılaşdı9-07-2025, 16:09. Yazar: Admin |
Ötən gün MHP sədri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) barədə aparılan korrupsiya istintaqı ilə bağlı məhkəmə prosesinin TRT-də canlı yayımlanmasını təklif edib. Qarabaginfo.az “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün TBMM-də partiyasının qrup toplantısından sonra jurnaslistlərə açıqlamasında məsələyə münasibət bildirib. O, təklifə müsbət yanaşdığını söyləyib: “Cənab Baxçalı belə bir fikir bildiribsə, məncə bu, olduqca gözəl təşəbbüsdür, xeyirli olar”. Qeyd edək ki, canlı yayım məsələsinin reallaşıb-reallaşmayacağı yaxın günlərdə bəlli olacaq. Geri dön |