Ana Sayfa > Karusel / Hadisə > Ağdam-Füzuli yolunda avtobus aşdı - 20 yaralı
Ağdam-Füzuli yolunda avtobus aşdı - 20 yaralı9-07-2025, 09:01. Yazar: Admin |
İyulun 9-u saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində “Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat xidmətinin regional qrupundan Qarabaginfo.az-a bildirilib ki, hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Geri dön |