Ana Sayfa > Karusel / Dünya > ABŞ Şimali Koreya və Rusiyadan olan iki şəxsə və dörd şirkətə qarşı sanksiya tətbiq edib
ABŞ Şimali Koreya və Rusiyadan olan iki şəxsə və dörd şirkətə qarşı sanksiya tətbiq edib9-07-2025, 08:59. Yazar: Admin |
ABŞ kibercinayətkarlıqla mübarizə çərçivəsində Rusiya və KXDR-dən olan iki vətəndaşa və bu iki ölkədə yerləşən dörd şirkətə qarşı sanksiyalar tətbiq edib. Qarabaginfo.az "TASS"a istinadən xəbər verir ki, bu baədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Məlumata görə, KXDR vətəndaşı “Andariel” haker qrupu ilə əlaqəlidir, qeyri-qanuni olaraq İT mütəxəssislərini işə götürmək və ABŞ Maliyyə Nazirliyinin kompüter sistemlərini sındırmaq cəhdlərində iştirak edir. Rusiya vətəndaşı və siyahıda olan dörd şirkət, ABŞ administrasiyasına görə, KXDR hökumətinə gəlir əldə etmək üçün İT işçilərinin işə götürülməsində də iştirak edib. ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, əldə edilən gəlir Şimali Koreyanın kütləvi qırğın silahları və ballistik raketlərin yaradılması proqramlarına sponsorluq etmək üçün istifadə oluna bilərdi. Geri dön |