Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > HAMAS: Qəzza təslim olmayacaq və şərtləri biz müəyyən edəcəyik
Ana Sayfa > Karusel / Dünya > HAMAS: Qəzza təslim olmayacaq və şərtləri biz müəyyən edəcəyik

HAMAS: Qəzza təslim olmayacaq və şərtləri biz müəyyən edəcəyik


9-07-2025, 08:52. Yazar: Admin

HAMAS: Qəzza təslim olmayacaq və şərtləri biz müəyyən edəcəyik

Fələstinli HAMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının məhz onların şərtləri əsasında əldə olunacağına əmindir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə HAMAS-ın rəsmi nümayəndəsi İzzət ər-Rişq "Telegram" kanalında məlumat yayıb.

"İsrailin Baş naziri Benyamin Netanyahunun "bütün girovların azad edilməsi və HAMAS-ın təslim olması" ilə bağlı açıqlamaları real vəziyyətlə heç bir əlaqəyə malik deyil. Qəzza təslim olmayacaq və şərtləri məhz HƏMAS müəyyən edəcək", – deyə ər-Rişq vurğulayıb.


Geri dön