Ermənistan parlamenti müxalif “Hayastan” fraksiyasının nümayəndəsi Artur Sarkisyanı deputat toxunulmazlığından məhrum edib.
Qarabaginfo.az xəbər verir ki, Baş prokurorun bununla bağlı vəsatətinə 62 deputat səs verib, əleyhinə səs verən olmayıb.
Sisyanın keçmiş meri arxiyepiskop Baqrat Qalstanyanın həbs olunduğu iş çərçivəsində cinayət təqibinə məruz qalacaq. Arxiyepiskop “hakimiyyəti zorla ələ keçirməyə və terror aktı hazırlamağa” cəhddə ittiham olunur.