Ana Sayfa > Karusel / Dünya > Tramp avqustun 1-dən Serbiyadan idxala 35% rüsum tətbiq edəcəyini açıqlayıb

Tramp avqustun 1-dən Serbiyadan idxala 35% rüsum tətbiq edəcəyini açıqlayıb


8-07-2025, 10:07. Yazar: Admin

Tramp avqustun 1-dən Serbiyadan idxala 35% rüsum tətbiq edəcəyini açıqlayıb

ABŞ avqustun 1-dən Serbiyadan idxala 35% gömrük rüsumunun tətbiq edilməsinə qərar verib.

Qarabaginfo.az xəbər verri ki, bununla bağlı ABŞ prezidenti Donald Tramp “Truth” hesabında məlumat verib.

O bildirib ki, Serbiya hökuməti Vaşinqtona qarşı cavab rüsumları tətbiq etmək qərarına gəlsə, ABŞ Serbiya ilə bağlı rüsum dərəcəsini artıracaq.

Bu artım, Belqradın təyin etmək qərarına gəldiyi məbləğ qədər artacaq.

Bundan əlavə, Tramp Tunis (25%), Bosniya və Herseqovina (30%), İndoneziya (32%), Banqladeş (35%), Kamboca (36%) və Tailand (36%) liderlərinə rüsumların tətbiqi ilə bağlı bildirişlər göndərib.

O həmçinin Qazaxıstan, Koreya Respublikası, Yaponiya və Malayziyadan idxala 25%, Cənubi Afrikadan idxala 30%, Laosdan idxala 40%, Myanmadan idxala isə 40% rüsum tətbiq edildiyini açıqlayıb.


Geri dön