Ana Sayfa > Karusel / Region > Rusiyanın bu gün işdən çıxarılan nəqliyyat naziri intihar edib

Rusiyanın bu gün işdən çıxarılan nəqliyyat naziri intihar edib


7-07-2025, 17:11. Yazar: Admin

Roman Starovoyt

 

Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt intihar edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

İlkin məlumata görə, o, mənzilində özünü güllələyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin bu gün imzaladığı fərmanla Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib.

Xatırladaq ki, Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub.


Geri dön