İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha üç hərbçisi şəhid olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla da sözügedən əməliyyatda ölən hərbçilərin sayı 8-ə çatıb.
İraqın şimalında bir mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun 19 hərbçisi metan qazından zəhərlənib, 5-i həyatını itirib.
Vertolyotla xəstəxanaya yerləşdirilən 19 əsgərdən 5-i həyatını itirib.