Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp: Ukraynaya çox kömək edirəm, amma bu müharibə başlamamalı idi
Ana Sayfa > Karusel / Dünya > Tramp: Ukraynaya çox kömək edirəm, amma bu müharibə başlamamalı idi

Tramp: Ukraynaya çox kömək edirəm, amma bu müharibə başlamamalı idi


7-07-2025, 08:30. Yazar: Admin

Tramp: Ukraynaya çox kömək edirəm, amma bu müharibə başlamamalı idi

ABŞ Rusiya ilə müharibə şəraitində olan Ukraynaya çoxsaylı yardımlar edir.
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Amerikalı liderdən nə üçün ABŞ-ın Ukraynaya da İsrailə etdiyi kimi yardım etmədiyi soruşulub.
Cavabında Tramp deyib ki, əgər o prezident olsaydı, Rusiya ilə Ukrayna arasında hər hansı müharibə başlamazdı:
“Ukraynaya kömək edirəm. Ona çox kömək edirəm. Bu müharibə heç vaxt başlamamalı idi. Əgər mən prezident olsaydım, bu gün Rusiya ilə müharibəniz olmazdı”.

O həmçinin əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxın günlərdə yaxşı telefon danışığı aparıb.
Lakin Vladimir Putinlə keçirdiyi son telefon danışığından məyus olduğunu da xüsusi qeyd edib.


Geri dön