Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: Almaniya Patriot sistemlərinin dörddə birini Ukraynaya təhvil verib
Ana Sayfa > Karusel / Dünya > KİV: Almaniya Patriot sistemlərinin dörddə birini Ukraynaya təhvil verib

KİV: Almaniya Patriot sistemlərinin dörddə birini Ukraynaya təhvil verib


6-07-2025, 12:08. Yazar: Admin

KİV: Almaniya Patriot sistemlərinin dörddə birini Ukraynaya təhvil verib

Almaniya Ukraynaya ən azı iki əlavə Patriot hava hücumundan müdafiə sistemi tədarük etmək üçün Amerika Birləşmiş Ştatları ilə danışıqlar aparır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Məlumatda Almaniya kansleri Fridrix Merzin xüsusilə Ukraynanı daha çox HHM sistemləri ilə necə təmin edəcəklərini müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla telefon danışığı apardığı bildirilir.

Mənbələrin agentliyə verdiyi məlumata görə Merz hökuməti Ukraynaya iki əlavə Patriot sistemi, o cümlədən ovçu raketlər verməyə hazırdır. Almaniya həmçinin tədarükün bütün xərclərini də ödəməyə hazırdır.

Tədarükün Almaniya və ABŞ arasında ikitərəfli razılaşma sayəsində mümkün olacağı bildirilir.

“Berlin bir neçə həftə əvvəl Vaşinqtona belə bir razılaşma təklif edib. Qərar Pentaqonun rəhbəri Pit Heqsetindir. Almaniya aylardır ABŞ-a təzyiq edir ki, Ukraynaya HHM sistemindəki boşluğu doldurmağa kömək etməsi üçün ən azı bir Patriot verilsin.”, - agentliyin mənbəyi bildirib.


Geri dön