Ana Sayfa > Karusel / Dünya > İsrailin Qəzzaya endirdiyi hava hücumlarında 78 nəfər həlak olub
İsrailin Qəzzaya endirdiyi hava hücumlarında 78 nəfər həlak olub6-07-2025, 12:05. Yazar: Admin |
Son 24 saat ərzində azı 78 fələstinli İsrailin Qəzza zolağına endirdiyi hava zərbələrinin qurbanı olub. Qarabaginfo.az xəbər verir ki, bu haqda Qətərin Əl-Cəzirə telekanalı məlumat verib. Telekanalın məlumatında həmçinin qeyd olunub ki, son bir neçə həftə ərzində Qəzza zolağında 700-dən çox fələstinli ərzaq yardımı almağa çalışarkən öldürülüb, 4800-dən çox insan isə yaralanıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə, İsrail və Qəzza arasındakı müharibədə 57,3 mindən çox insan həlak olub, 136 minə yaxın insan isə yaralanıb.
Geri dön |