Ana Sayfa > Karusel / Hadisə > Mingəçevirdə Kürdə iki kater toqquşdu - Yaralılar var
Mingəçevirdə Kürdə iki kater toqquşdu - Yaralılar var5-07-2025, 21:45. Yazar: Admin |
Mingəçevirdə Kür çayında iki kater toqquşub. Qarabaginfo.az xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Mingəçevir Şəhər xəstəxanasına çatdırılıb. Yaralıların kimliyi araşdırılır. Faktla bağlı araşdırma başlanıb. *** Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub. FHN-dən Qarabaginfo.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib. Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb. Geri dön |