Ana Sayfa > Karusel / Sosial > Allahşükür Paşazadə qanvermə aksiyasına qoşulub
Allahşükür Paşazadə qanvermə aksiyasına qoşulub5-07-2025, 11:11. Yazar: Admin |
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Milli Məclisin deputatları, eləcə də ölkəmizdə fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasına qoşulub. Qarabaginfo.az xəbər verir ki, şeyxülislam, deputatlar- Hikmət Babaoğlu, Fazil Mustafa, Ceyhun Məmmədov, Fariz İsmayılov və Qüdrət Həsənquliyev qanvermə aksiyasında iştirak ediblər. Xatırladaq ki, qanvermə aksiyası saat 16:00-a dək davam edəcək. Geri dön |