Ana Sayfa > Karusel / Manşet / Siyasət > Ərdoğan Şuşanın İƏT-in mədəniyyət paytaxtı seçilməsinə görə Azərbaycan xalqını təbrik edib
Ərdoğan Şuşanın İƏT-in mədəniyyət paytaxtı seçilməsinə görə Azərbaycan xalqını təbrik edib4-07-2025, 14:59. Yazar: Admin |
Türkiyə bərpa olunan enerji sahəsində təcrübəsini paylaşmağa hazırdır. Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib. Türkiyə Prezidenti deyib ki, Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı sənədlərin təsdiqlənməsi Türkiyədə son mərhələdədir: “Əməkdaşlığın artırılması hamımız üçün faydalıdır. İƏT-in 2035-ci ilə qədər inkişafı müəyyənləşdirəcək Strategiyasından gözləntimiz böyükdür və sənədin tezliklə qəbulunu dəstəkləyirik”. Rəcəb Tayyib Ərdoğan Şuşanın 2026-ci il İƏT-in mədəniyyət paytaxtı seçilməsi münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Geri dön |