Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanla İranın ticarət dövriyyəsi beş ayda 260 mln. dollara yaxınlaşıb
Azərbaycanla İranın ticarət dövriyyəsi beş ayda 260 mln. dollara yaxınlaşıb4-07-2025, 14:49. Yazar: Admin |
2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın İran İslam Respublikası ilə ticarət dövriyyəsi 257 milyon 964 min ABŞ dolları təşkil edib. Qarabaginfo.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.2% və ya 19.6 milyon ABŞ dolları artıb. Qeyd edək ki, cari ilin beş ayı ərzində Azərbaycandan İrana 6 milyon 86 min, İrandan Azərbaycana isə 251 milyon 878 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Beləliklə, illik müqayisədə Azərbaycanın İrana ixracı 3.7% azalıb, İranın Azərbaycana ixracı isə 8.5% artıb. Hesabat dövründə Azərbaycanın ümumi ixracının 0,06%-i, idxalının isə 2.53%-i İranın payına düşüb. Əlavə edək ki, İrandan ölkəyə əsasən kənd təsərrüfatı, yeyinti və ərzaq məhsulları, yuyucu vasitələri, tikinti materialları və digər məhsullar idxal edilib. Geri dön |