Ana Sayfa > Karusel / Dünya > XİN rəhbəri Çinin Rusiyanın məğlubiyyətini istəmədəyini Kallasın diqqətinə çatdırıb
XİN rəhbəri Çinin Rusiyanın məğlubiyyətini istəmədəyini Kallasın diqqətinə çatdırıb4-07-2025, 10:31. Yazar: Admin |
Çin Rusiyanın Ukrayna müharibəsində məğlub olmağını istəmir. Qarabaginfo.az “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüşündə deyib. Xəbərdə qeyd olunur ki, Çin XİN rəhbəri bildirib ki, Rusiyanın müharibədə məğlub olacağı təqdirdə, ABŞ-ın bütün diqqəti Çinə yönələcək. Van İ Çinin Rusiyanı maddi-texniki baxımdan dəstəkləmədiyini vurğulayıb və əlavə edib ki, əgər belə bir şey olsaydı, Rusiya çoxdan müharibədə qalib gələrdi. Geri dön |