Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Lukaşenko Trampı təbrik edib
Ana Sayfa > Karusel / Dünya > Lukaşenko Trampı təbrik edib

Lukaşenko Trampı təbrik edib


4-07-2025, 10:23. Yazar: Admin

Lukaşenko Trampı təbrik edib

Belarus prezidenti Aleksandr Lukaşenko həmvətənləri və şəxsən öz adından Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı və bütün amerikalıları Müstəqillik Günü münasibətilə təbrik edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə BELTA-ya Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.

"Sizin birinci prezidentliyiniz dövründə Minsk və Vaşinqton münasibətlərin normallaşması yoluna qədəm qoydular. Təəssüf ki, müəyyən məqamda Belarus-ABŞ əməkdaşlığı həmin müsbət xətdən kənara çıxdı. Mən əminəm ki, bu vəziyyət nə ölkələrimizin, nə də xalqlarımızın milli maraqlarına uyğun gəlmir. Artıq bunu dəyişməyin vaxtı çatıb", - Lukaşenko qeyd edib.

O həmçinin qeyd edib ki, Belarus həmişə ABŞ-la konstruktiv və hörmətli dialoqun qurulmasının tərəfdarı olub.


Geri dön