Ana Sayfa > Karusel / Sosial > DİN-dən Kamil Zeynallı saxlanıldı

DİN-dən Kamil Zeynallı saxlanıldı


14-12-2020, 19:46. Yazar: Admin

DİN-dən Kamil Zeynallı ilə bağlı

 

Daxili İşlər Nazirliyi həbs edilən Kamil Zeynallı ilə bağlı açıqlama verib.

Qarabaginfo.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytanantı Eşqin Qasımov  bildirib ki, vətəndaş Kamil Zeynallı dünən axşam saatlarında işğaldan azad olunmuş Kəlbəcər rayonuna getmək istəyib: “Bununla bağlı Göygöl rayonunun Toğanalı kəndində yerləşən polis stasionar postuna yaxınlaşaraq Kəlbəcər rayonuna getmək istədiyini bildirib. Polis əməkdaşları ona hazırda Kəlbəcər rayonuna mülki şəxslərin buraxılmasının qadağan olduğunu, yalnız xüsusi icazəyə malik aidiyyatı dövlət qurumlarının əməkdaşlarının gedə biləcəyini izah edib. Lakin buna baxmayaraq vətəndaş Kamil Zeynallı öz məqsədini israrla təkid edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.

O, saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Göygöl rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə vətəndaş Kamil Zeynallı barəsində 30 sutka müddətində inzibati həbs seçilib”.


Geri dön