Ana Sayfa > Karusel / Gündəm > Rusiya konsulu “Sputnik Azərbaycan”ın həbsdə olan əməkdaşları ilə görüşüb

Rusiya konsulu “Sputnik Azərbaycan”ın həbsdə olan əməkdaşları ilə görüşüb


3-07-2025, 21:33. Yazar: Admin

 

Rusiyanın Bakıdakı konsulluğunun nümayəndəsi “Sputnik Azərbaycan”ın həbsdə olan əməkdaşları – direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousovla görüş keçirib.

Qarabaginfo.az bildirir ki, bu barədə “Sputnik -Yaxın xaric” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, görüş zamanı konsul jurnalistlərin saxlanma şəraitini yoxlayıb. Qeyd olunub ki, saxlanılan şəxslər lazımi dərman preparatları və qida ilə təmin olunub


Geri dön