Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib –Emi Karlon kimdir? /DOSYE
Ana Sayfa > Karusel / Siyasət > ABŞ Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib –Emi Karlon kimdir? /DOSYE

ABŞ Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib –Emi Karlon kimdir? /DOSYE


3-07-2025, 17:52. Yazar: Admin

 

ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub.

Səfirliyin məlumatına görə, bu vəzifəyə Emi Karlon təyin edilib.

 

Emi Karlon ABŞ-nin Azərbaycandakı səfirliyində missiya rəhbərinin müavini vəzifəsini 23 iyun 2025-ci ildə öz üzərinə götürüb. O, ABŞ Dövlət Departamentində Ali Diplomatik Xidmətin üzvüdür.

Emi Karlon iyun 2022-ci ildən avqust 2024-cü ilədək Diplomatik Xidmət İnstitutunun Siyasi Təlim bölməsinin direktoru işləyib. Onun son təyinatlarına Şərqi Asiya Sakit Okean Məsələləri Bürosunda Avstraliya, Yeni Zelandiya və Sakit Okean Adaları idarəsində direktor müavini (2020-2022), ABŞ-nin Yunanıstan, Afinadakı səfirliyində siyasi müşavir vəzifələri (2016-2019) daxildir.

O, İndoneziya, Avstriya, Rusiyada, habelə Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda, Qlobal Kadr İdarəetmə Bürosunda, eləcə də Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə Məsələləri Bürosunda xidmət edib.

Emi Karlon Oklahoma Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsinə və Harvard Universitetinin Con F. Kennedi adına Dövlət İdarəetmə İnstitutunda Dövlət siyasəti ixtisası üzrə magistr dərəcəsinə yiyələndikdən sonra 1999-cu ildə ABŞ Dövlət Departamentində diplomatik  xidmət əməkdaşı kimi işləməyə başlayıb.

O, iyun 2020-ci ildə Milli Müdafiə Universitetinin Eyzenhauer adına İnstitutunda Milli Resurs Strategiyası ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Emi Karlon ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilidir.


Geri dön