Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Almaniya Talibanla razılığa gəlmək niyyətindədir
Ana Sayfa > Karusel / Dünya > Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir


3-07-2025, 11:56. Yazar: Admin

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt Almaniyadan deportasiya edilən əfqanıstanlı miqrantların ölkələri tərəfindən qəbul edilməsi üçün Talibanla razılaşma əldə etmək istədiyini deyib.

Qarabaginfo.az xəbər verir ki, nazir bu barədə “Focus” jurnalına verdiyi müsahibədə danışıb.

O, Əfqanıstanla razılığa gəlmək üçün üçüncü tərəflərin vasitəçiliyinə ehtiyac olduğunu bildirib.

Xatırladaq ki, ötən ilin avqustunda Almaniya cinayət törətmiş əfqanıstanlıların deportasiya edilməsinə başlayıb.

Almaniya hazırki Əfqanıstan hökumətini tanımır və bu ölkə ilə diplomatik əlaqələr qurmayıb.


Geri dön