Ana Sayfa > Karusel / İqtisadiyyat > DGK xətti ilə büdcə daxilolmaları 5% azalıb

DGK xətti ilə büdcə daxilolmaları 5% azalıb


3-07-2025, 10:28. Yazar: Admin

DGK xətti ilə büdcə daxilolmaları 5% azalıb

2025-ci ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 3 milyard 91,1 milyon manat təşkil edib.

Qarabaginfo.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, gömrük daxilolmaları proqnozdan 4,1 milyon manat və ya 0,1 faiz çox icra edilib.

Qeyd edək ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5% azdır.

Xatırladaq ki, bu il DGK xətti ilə büdcəyə 6,6 milyard manat vəsait köçürülməsi nəzərdə tutulub.


Geri dön