Ana Sayfa > Karusel / İqtisadiyyat > ABŞ-ın kommersiya neft ehtiyatları 418 mln. bareli ötüb
ABŞ-ın kommersiya neft ehtiyatları 418 mln. bareli ötüb3-07-2025, 10:07. Yazar: Admin |
ABŞ-da kommersiya neft ehtiyatları dörd həftəlik artımdan sonra 3 845 min barel artıb və 418 951 min barel təşkil edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib. Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 300 min barel azalacağını proqnozlaşdırırdı. Qeyd edək ki, ABŞ-in neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. Geri dön |