Ana Sayfa > Karusel / Hadisə > Bilgəh çimərliyində boynu sınan gənc öldü
Bilgəh çimərliyində boynu sınan gənc öldü3-07-2025, 09:59. Yazar: Admin |
Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib. Qarabaginfo.az xəbər verir ki, iyunun 14-ü Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Fuad Fəyyaz oğlu Musayev suya tullanarkən ehtiyatsızlıqdan xəsarət alıb. Xəstəxanaya çatdırılan 22 yaşlı oğlanın boyun fəqərələrinin sındığı və sinirlərinin zədələndiyi məlum olub. Tibbi yardıma baxmayaraq, F.Musayev iyulun 1-i xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır. Geri dön |