Ana Sayfa > Karusel / Siyasət > Baş nazir Əli Əsədov Şimali Kiprin Prezidenti Ersin Tatarla görüşüb
Baş nazir Əli Əsədov Şimali Kiprin Prezidenti Ersin Tatarla görüşüb2-07-2025, 19:37. Yazar: Admin |
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb. Bu barədə Qarabaginfo.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi dövlət statusuna malik olan Şimali Kiprin Prezidentinin İƏT-in Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi vurğulanıb. Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında son dövrdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd edilib. Geri dön |