Ana Sayfa > Karusel / Siyasət > Zaxarovadan rusdilli məktəblərin bağlanacağı xəbərinə - Reaksiya

Zaxarovadan rusdilli məktəblərin bağlanacağı xəbərinə - Reaksiya


2-07-2025, 17:33. Yazar: Admin

zaxarovadan-rusdilli-mekteblerin-baglanacagi-xeberine

“KİV-də guya Azərbaycan məktəblərində rus dilində tədrisin dayandırılması planları ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Azərbaycan Təhsil Nazirliyi bu məlumatı təkzib edib. Biz vəziyyəti diqqətlə izləyirik və bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə daim əlaqə saxlayırıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Azərbaycanda rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı ilə bağlı xəbər yayılıb. Bu gün isə sosial şəbəkələrdə 2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində də rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı haqda məlumatlar yayılıb.

Sonuncu məlumatı Elm və Təhsil Nazirliyi nə təkzib, nə də təsdiq edib.


Geri dön