Ana Sayfa > Karusel / Cəmiyyət > Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlandı

Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlandı


14-12-2020, 13:44. Yazar: Admin

 

Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlandı

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar 14.12.2020-ci il saat 00:00-dan 08:00-dək olan müddət ərzində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları tərəfindən görülən işlər barədə statistik məlumat açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 7 nəqliyyat vasitəsi rayon, 5-i paytaxt istiqamətinə olmaqla geri qaytarılıb:

“Bundan başqa, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 4-ü rayon, 14-ü şəhər istiqamətinə olmaqla, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 10 avtomobil rayon, 20-si paytaxt istiqamətinə olmaqla geri qaytarılıb. Ümumilikdə 60 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb”.


Geri dön