Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanla Şimali Makedoniya diplomatik pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir

Azərbaycanla Şimali Makedoniya diplomatik pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir


1-07-2025, 16:36. Yazar: Admin

Azərbaycanla Şimali Makedoniya diplomatik pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir

Azərbaycan və Şimali Makedoniya diplomatik və xidməti/rəsmi pasport sahiblərini qarşılıqlı olaraq viza tələbindən azad edir.

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunda əksini tapıb.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" 2025-ci il 12 mart tarixində Bakı şəhərində imzalanıb.


Geri dön