Ana Sayfa > Karusel / Siyasət > Hüqo Qevara: Regionda son hadisələr ABŞ-Azərbaycan əməkdaşlığının faydalarını bir daha göstərdi

Hüqo Qevara: Regionda son hadisələr ABŞ-Azərbaycan əməkdaşlığının faydalarını bir daha göstərdi


1-07-2025, 10:59. Yazar: Admin

Hüqo Qevara

 

Regionda son hadisələr ABŞ-Azərbaycan ikitərəfli əməkdaşlığının faydalarını bir daha göstərdi.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycanda diplomatik missiyası başa çatan ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib.

“Regionda son hadisələr bizim ikitərəfli əməkdaşlığın faydalarını bir daha göstərdi. Nümunə olaraq, ABŞ vətəndaşlarının İrandan təhlükəsiz şəkildə təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana minnətdarlığımızı bildiririk”, - diplomat qeyd edib.

O, ABŞ-la Azərbaycan arasında dostluq əlaqələrinin daha da güclənəcəyinə əminliyini ifadə edib.


Geri dön