Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Böyük Britaniya Gürcüstana qarşı sanksiyaları genişləndirə bilər
Böyük Britaniya Gürcüstana qarşı sanksiyaları genişləndirə bilər1-07-2025, 09:56. Yazar: Admin |
Gürcüstanın Böyük Britaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili iyunun 30-da Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Qarabaginfo.az xəbər verir ki, məlumatı Böyük Britaniyanın Gürcüstandakı səfirliyi yayıb. Bildirilib ki, Britaniya XİN-in yüksək rütbəli nümayəndəsi Londonun Gürcüstanın getdikcə daha çox zərər vuran trayektoriyası ilə bağlı qəti mövqeyini açıq şəkildə bəyan edib və “Gürcü Arzusu”nun Böyük Britaniyaya və Gürcüstandakı beynəlxalq tərəfdaşlarına qarşı bir sıra “saxta ittihamlar”a və “ictimai hücumlar”ına kəskin etirazını bildirib. Qeyd olunub ki, hakimiyyətin seçki proseslərindəki rəqiblərini həbs etməsi “Gürcü arzusu”nun bəyan etdiyi Avro-Atlantik istəkləri ilə uyğun gəlmir və eyni zamanda ölkənin konstitusiya öhdəliklərinə ziddir. Bəyanatda Gürcüstana qarşı digər tədbirlərin tətbiqinin mümkünlüyü qeyd edilib. "Gürcüstan demokratiya, azadlıqlar və insan hüquqlarına hörmət yoluna qayıtmasa, Böyük Britaniya hökuməti əlavə tədbirlər görməkdən çəkinməyəcək", - qurumun bəyanatında bildirilib. Geri dön |